İtaliya A Seriyasında 26-cı tura yekun vurulub.
Son oyun günündə “İnter” “Atalanta”nı qəbul edib. Əksəriyyət qonaqların meydan sahiblərini büdrədəcəyinə inanırdı. Gərgin mübarizə şəraitində keçən matçın ilk hissəsində qonaqlar güclü müqavimət göstərsələr də, hesabı aça bilməyiblər. İkinci yarıda Antonio Kontenin komandası daha dəqiq olub. Milan Şkrinyar rəqib qapısımna yol tapıb. Bununla da, meydan sahiblərinin oyun ərzində qapıya yeganə zərbəsi qolla nəticələnib. Ardıcıl 7-ci görüşdə qalib gələn “İnter” 62 xalla liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi “Milan”ın 56 xalı var.